Banner

Sakinləri 508 nömrəli avtobusdan narazıdır: “Bir ayda 3 dəfə yolda qalmışıq” - VİDEO

Gündəm 14 Avqust 2025 13:30 Oxunub 1422
Sakinləri 508 nömrəli avtobusdan narazıdır: “Bir ayda 3 dəfə yolda qalmışıq”  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı sakinləri 508 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların tez-tez xarab olmasından şikayətlənir. 
Avtosfer.az bildiri ki, bu haqda sərnişinlər sosial mediada hesablarından paylaşım edib. Sərnişinlər bildirib ki, son bir ay ərzində artıq üçüncü dəfədir ki, avtobuslar yolda sıradan çıxır və sərnişinlər günün istisində başqa avtobus gözləməyə məcbur qalırlar.
Şikayətçi vətəndaş qeyd ediib ki, bu gün baş verən hadisə isə xüsusilə çətin vəziyyət yaradıb:
“Yola çıxanda heç bir problemi olmayan avtobus, yolun ortasında birdən xarab oldu. Qarşı tərəfdə eyni nömrəli başqa bir avtobus da dayanmışdı. Biz isə istidə, yolun ortasında qaldıq. Üstəlik, gələn avtobuslar dolu idi, minmək mümkün deyildi”.
Sərnişinlər məsul qurumlara müraciət edərək, nasaz nəqliyyat vasitələrinin ya təmir olunmasını tələb edirlər.

Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az-a açıqlamasında bildirib ki, 11 və 12 avqust tarixlərində “BakuBus”ın istismarında olan 508 marşrut xətti üzrə hərəkətdə olan bəzi avtobuslarda texniki nasazlıqlar qeydə alınmışdır;

"Qeyd olunan problemlərin əsas səbəblərindən biri Saray qəsəbəsi istiqamətində aparılan təmir-tikinti işləri nəticəsində marşrut üzrə tıxacların yaranmasıdır. Təmir işləri səbəbilə avtobusların uzun müddət hərəkətsiz qalması mühərrik və digər texniki sistemlərə əlavə yük və gərginlik yaradır ki, bu da nasazlıqların yaranmasına səbəb ola bilər. Mövcud vəziyyətlə bağlı avtobuslara texniki xidmət göstərən şirkətə rəsmi xəbərdarlıq edilmiş, nasazlıqların qarşısının alınması və nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı göstəriş verilmişdir. Sərnişinlərə yaranmış narahatlığa görə üzr istəyir, problemlərin aradan qaldırılması üçün zəruri tədbirlərin aparıldığını bildirmək istərdik".


Fidan 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh