Salyanda beş nəfərin öldürüldüyü evin yerində park salına bilər – VİDEO

Salyanda həyat yoldaşı Mehbarə Qurbanovanı və dörd qızını amansızcasına qətlə yetirmiş Fərhad Əliyevin evi dövlətə verilə bilər. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişində M.Qurbanovanın qardaşı Elnur Qurbanov bildirib: "Dəfələrlə Fərhadın qardaşı Raislə aralarında həmin ev üstündə davaları olub. İndi istəyirik ki, həmin torpaq dövlətin balansına keçsin. Bizə də lazım deyil. İstəyirik orada park salınsın. Ancaq hələ rayon rəhbərliyinə müraciət etməmişik". X.Hidayətqızı isə təklif edib ki, evin yerində zorakılığa məruz qalmış qadınların şərəfinə heykəl ucaldılsın. Qeyd edək ki, üç il ərzində axtarılan Salyan sakini Mehbarə Qurbanova və dörd qızı - İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları Fərhad Əliyev tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. Bu işdə ona oğlu Fəqan Əliyev kömək edib. Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib, barələrində həbs-qətimkan tədbiri seçilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












