Salyanda dəhşətli yol qəzası - 4 qadın öldü - YENİLƏNİB - FOTOLAR

Salyanda 4 nəfərin olümü ilə nəticələnən yol qəzası baş verib. Avtomobillərin toqquşması nəticəsində 4 qadın hadisə yerində dünyasını dəyişib. Yerli sakinlərin sözlərinə görə, qəza nəticəsində yaralananlar da olub.
Sarvan kəndində ağır yol qəzası nəticəsində ölən 4 nəfərin şəxsiyyəti məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza 18-BX-161 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik maşını ilə 15 BL-860 dövlət qeydiyyat nişanlı "Mercedes"in toqquşması nəticəsində baş verib. Hadisə yerində 4 qadın ölüb. Bunlar soyadları və təvəllüdləri hələ ki, məlum olmayan Vəfa, Gilas, Arzu və Sevincdir. Onların meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə təhvil verilib. Qadınlar Ələt-Astara magistral yolunun hələ istifadəyə verilməyən hissəsinin tikintisi ilə məşğul olan şirkətin əməkdaşları olublar.
Qadınlardan 3-ü Salyanın Stansiya yaşayış massivi (20 Yanvar küçəsi), digər biri isə Plastik yaşayış massivinin sakini olub.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Salyan xəstəxanasına yerləşdirilən yaralılar “Mercedes”in sərnişini Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və “VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur.
Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “VAZ” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:10-da başa çatıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI































