Salyandan Zabrata alverə gəlmişdilər - Oğurluq heyvanlarla

Oktyabrın 29-da Salyan rayon sakini Vasif Adıgözəlov rayon Polis Şöbəsinə müraciət edərək həyətyanı təsərrüfatından 9 baş qoyunun oğurlandığını bildirib. Polis əməkdaşları heyvanların “VAZ-2109” markalı avtomobillə oğurlandığı barədə məlumat əldə ediblər.
DİN-in Təhlükəsiz Şəhər Xidməti ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Bakı şəhərində müəyyən edilərək saxlanılıb və onu idarə edən şübhəli şəxs qismində Salyan RPŞ-yə dəvət edilib. Neftçala rayon sakini olan Hüseyn Qurbanov tutarlı faktlar qarşısında törətdiyi cinayət əməlini etiraf edib. Polis əməkdaşları tərəfindən onun heyvanları əmisi oğlu ilə birgə oğurlayaraq paytaxtın Zabrat qəsəbəsindəki heyvan bazarında sataraq əldə olunan gəliri aralarında böldükləri müəyyən edilib. Görülmüş tədbirlərlə cinayətin digər iştirakçısı - Həsənqulu Qurbanov da tutulub.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












