Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO

Gündəm 10 Aprel 2026 18:00
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA   - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Salyan–Şirvan avtomobil yolunun problemli hissəsində hərəkət artıq təhlükəsiz şəkildə təmin olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə mövcud olan nasazlıq operativ şəkildə aradan qaldırılıb və yolun hərəkət hissəsi bərpa olunaraq sürücülərin istifadəsinə verilib.

*** 17:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud problemin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi üçün rəhbərlik tərəfindən müvafiq tapşırıqlar verilib. İşlərin yaxın günlərdə tamamlanması planlaşdırılır.


*** 15:30

Salyan–Şirvan avtomobil yolunun bir hissəsində təhlükəli hal yaranıb.

Avtosfer.az-a daxil olan məlumata görə, sözügedən yolun sağ zolağı hazırda istifadəyə yararsız vəziyyətdədir. Bu barədə redaksiyaya göndərilən videomaterialda aydın görünür ki, yolun müəyyən hissəsi qazılıb, lakin sürücülərin məlumatlandırılması üçün heç bir xəbərdaredici yol nişanı quraşdırılmayıb.

Kadrlardan məlum olur ki, təhlükəli ərazi yalnız lentlə bağlanmış daş vasitəsilə işarələnib. Nəticədə həmin istiqamətdə hərəkət edən sürücülər məcbur qalaraq əks hərəkət zolağına çıxırlar ki, bu da ciddi qəza riski yaradır.

Şikayətçinin sözlərinə görə, problem xüsusilə gecə saatlarında daha təhlükəli xarakter alır. Belə ki, kifayət qədər işıqlandırma və xəbərdarlıq olmadığından sürücülər maneəni vaxtında görməyərək avtomobillərinə ziyan vurur, bəzi hallarda isə qəza təhlükəsi ilə üz-üzə qalırlar. Hətta son anda maneəni görən sürücülərin qəfil manevr etməsi avtomobilin yoldan çıxaraq dərəyə aşması riskini də artırır.

Bildirilib ki, yolun azı üç müxtəlif hissəsində oxşar vəziyyət müşahidə olunur və hər birində çuxurlar eyni üsulla – daş qoyularaq “işarələnib”.

Məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi zəruri hesab olunur.

Nərmin

FOTO QALEREYA
Oxunub : 540
ŞƏRH YAZ
Ad

E-mail

Şərh