Salyan–Şirvan yolunda yarımçıq təmir: Sağ zolaq təhlükəyə çevrilib - AAYDA-dan AÇIQLAMA - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud problemin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi üçün rəhbərlik tərəfindən müvafiq tapşırıqlar verilib. İşlərin yaxın günlərdə tamamlanması planlaşdırılır.
*** 15:30
Salyan–Şirvan avtomobil yolunun bir hissəsində təhlükəli hal yaranıb.
Avtosfer.az-a daxil olan məlumata görə, sözügedən yolun sağ zolağı hazırda istifadəyə yararsız vəziyyətdədir. Bu barədə redaksiyaya göndərilən videomaterialda aydın görünür ki, yolun müəyyən hissəsi qazılıb, lakin sürücülərin məlumatlandırılması üçün heç bir xəbərdaredici yol nişanı quraşdırılmayıb.
Kadrlardan məlum olur ki, təhlükəli ərazi yalnız lentlə bağlanmış daş vasitəsilə işarələnib. Nəticədə həmin istiqamətdə hərəkət edən sürücülər məcbur qalaraq əks hərəkət zolağına çıxırlar ki, bu da ciddi qəza riski yaradır.
Şikayətçinin sözlərinə görə, problem xüsusilə gecə saatlarında daha təhlükəli xarakter alır. Belə ki, kifayət qədər işıqlandırma və xəbərdarlıq olmadığından sürücülər maneəni vaxtında görməyərək avtomobillərinə ziyan vurur, bəzi hallarda isə qəza təhlükəsi ilə üz-üzə qalırlar. Hətta son anda maneəni görən sürücülərin qəfil manevr etməsi avtomobilin yoldan çıxaraq dərəyə aşması riskini də artırır.
Bildirilib ki, yolun azı üç müxtəlif hissəsində oxşar vəziyyət müşahidə olunur və hər birində çuxurlar eyni üsulla – daş qoyularaq “işarələnib”.
Məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi zəruri hesab olunur.
Nərmin
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
İranda müharibə yenidən başlaya bilər – Politoloq səbəbini AÇIQLADI
Yanacaq bahalaşır, yollarda sürət aşağı düşür
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ










