Şamaxı Astrofizika Rəsədxanası: "Sabahdan geomaqnit qasırğası səngiyəcək"

"Təqribən 5 gündür ki, başlayan geomaqnit qasırğası hələ də aramsız olaraq davam edir və vaxtaşırı G1 və G2 kateqoriyalı səviyyələrə keçir". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Onun sözlərinə görə, bu gün də proses davam edir: "Səbəb isə Günəşdəki tac dəlilklərindən başlanğıcını götürən yüksək surətli Günəş plazma küləyidir. Maraqlıdır ki, hazırda Günəşin səthində bir dənə də olsa günəş ləkəsi müşahidə olunmur. Adətən bu ləkələr və onların yaxınlığında olan alışmalardan sonra bu cür mürəkkəb vəziyyət yaranarsa kosmik hava korlanırdı. Lakin bugünkü səbəb günəşin səthində orta ölçüyə malik tac dəliyindən əsən günəş plazma küləyidir".
Həmin küləyin 5 gündür yer ətrafı fəzaya çatdığını deyən E.Babayev qeyd edib ki, hazırda Yer həmin küləyin ağuşundadır: "Bu da geomaqnit qasırğasına səbəb olur. Kosmik hava əgər korlanmış meteoşəraitlə tandem təşkil edirsə, diskomfort vəziyyəti artırmış olur. Bu halda hansısa qabaqlayıcı tədbirlər həkimlər tərəfindən məsləhət görülür. Bu hal ilk növbədə risk qrupuna daxil olanlar üçün təsirli olur. Bu zaman əsasən ürək qan-damar sistemi xroniki xəstəliklərinə məruz qalanlar, qismən də ahıl insanlar və azyaşlı uşaqlar daha çox artmış diskomforta məruz qalırlar. Adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir. Heç bir təşvişə düşməyə ehtiyac yoxdur. Hesab edilir ki, sabahdan etibarən vəziyyət əvvəlki normasına düşəcək".
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










