“Şamaxı” gəmisinin təyinatı dəyişdirilir - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Şamaxı” tankerinin təyinatı dəyişdirilir. Avtosfer.az xəbər verir ki, səhmdar Cəmiyyətdən verilən məlumata görə, 1988-ci ildən fasiləsiz neft və neft məhsulları daşıyan gəmi əsaslı təmir və yenidənqurmadan sonra təmizləyici stansiya kimi fəaliyyət göstərəcək. Gəminin təmiri xüsusi layihə əsasında həyata keçirilir. Layihəyə əsasən “Şamaxı”da yeni təyinatlı sistemlər quraşdırılacaq, saatda 7 kubmetr məhsuldarlığa malik iki buxar qazanı qoyulacaq ki, bu da tələbatı tam ödəyə biləcək. Onun gövdə və sualtı hissələri də təmir olunacaq. “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlərin yekununda “Şamaxı”nın rənglənməsi də nəzərdə tutulur. Stansiya hərəkətsiz qalmayacaq, zərurət yarananda başqa limanlarda gəmilərə operativ xidmət göstərmək üçün üzə biləcək. Yəni, baş mühərrikləri işlək vəziyyətə gətiriləcək. Bu məqsədlə hazırda təmirlə paralel, sənədləşdirmə işləri də aparılır. Təmizləyici stansiyanın cari ilin iyulunda istifadəyə verilməsi planlaşdırılır. Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əvvəllər də təmizləyici stansiyası olub. Həmin gəmi istismar müddətini başa vurduğundan yenisinə ehtiyac yaranıb. Köhnə təmizləyici stansiyanın da üstündən birdəfəlik xətt çəkilməyəcək. Belə ki, onun gələcəkdə muzeyə çevrilməsi nəzərdə tutulur.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY

















