Şamaxıda kart ödəmə sistemi düzgün işləmir - VİDEO

Şamaxı rayonunda kartla işləyən avtobuslardan narazılıqlar yaranıb. Vətəndaşlar iddia edir ki, kartı validatora yaxınlaşdıranda balansda pul olmadığı göstərilir. Bir müddət sonra isə balansdan pul çıxıldı deyə məlumat gəlir. Məsələyə aidiyyəti qurum münasibət bildirib.
Şamaxı şəhərində marşrutlarda olan kart ödəmə sistemi düzgün işləmir. Vətəndaşlar bildirib ki, onların istifadə etdikləri kartların balansında pul olsa da avtobuslar daxilindəki ödəmə aparatları olan validatorlar düzgün işləmir. Kartı aparata yaxınlaşdıranda balansda pul olmadığı göstərilir. Bir müddət sonra isə balansdan pul çıxıldı deyə məlumat gəlir. Bəzi vətəndaşlar isə iddia edir ki,onların kartlarında olan balans tez qurtarır. Şamaxı "Sərnişin Servis" MMC-nin diretoru Mədət Nəhmədov Avtosfer.az-a bildirib ki, Şamaxı şəhərində bir neçə avtobusda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb. Sistem istənilən bank kartını dəstəkləyir. Validator aparatları hazırda işlək vəziyətdədir. Vətəndaşlar validator aparatın uzərinə kartı yerləşdirdikdə kartda pulun olub-olmadığını bildirir. Kartın üzərinə "X" işarəsi görünürsə deməli kartda pul yoxdur. Ya da kartda hansısa bir problem var. Bəzən vətəndaşlar özəl kartlardan istifadə edərkən duzgün əməliyat aparmadıqda belə vəziyətlə üzləşirlər.
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










