Şamaxıda kütləvi dava: ər-arvad döyüldü - FOTO

Şamaxı rayonunda kütləvi dava zamanı ər-arvad döyülüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Çarhan kəndində qeydə alınıb. Belə ki, kənd sakini Qulam Səftərovla xırdabuynuzlu mal-qaranı kəndin ərazisində ortaran rayonun Şəhriyar qəsəbəsinin sakini Mehman Osmanov arasında mübahisə yaranıb. Səbəb isə həmin kəndin ərazisində başqa qəsəbə va ya kəndlərin sakinlərinə məxsus mal-qaranın otarılmasına kənd sakinlərinin qarşı çıxması olub. Buna görə də Çarhan kəndinin sakinləri orada heyvanları otaran çoban, rayonun Şəhriyar kənd sakini M.Osmanovdan mal-qaranı kəndin otlaq sahəsindən uzaqlaşdırmağı tələb ediblər.
Daha sonra mübahisəyə qoşulan Çahran kəndinin üç nəfər sakini çobanın yaşadığı evə hücum edərək onu və həyat yoldaşını döyüblər.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan ər-arvad qonşular tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













