Şamaxıda sel iki körpünü uçurub - Bir kəndlə əlaqə kəsildi

Şamaxı rayonunun dağlıq ərazilərinə yağan leysan yağışı fəsadlar törədib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, nəticədə Pirsaat çayında suyun səviyyəsi qalxıb və rayonun Talışnuru dağ kəndi ilə gediş-gəliş kəsilib. Bundan əlavə, dağlardan gələn sel suları kəndin daxilində olan 2 körpünü uçurub. Çayın sahilində yerləşən evləri su basıb. Uçulan körpüdən istifadə edərək çayın o tayındakı məktəbə gedən şagirdlərin işi çətinləşib. Sel torpaq axınını da aktivləşdirib. Dağdan axan torpaq bir evin üzərinə tökülüb. Kənd sakinləri bildiriblər ki, artıq Talışnuru kəndinə minik maşınlarının gedişi dayanıb. Hazırda yerli sakinlər çayı keçməkdə çətinlik çəkirlər. Çayın gətirdiyi iri daşlar və güclü sel axını hərəkətə mane olur.
Qeyd edək ki, kəndə gedən körpü 1996-cı ildə bərpa olunsa da, hazırda ondan istifadə etmək mümkün deyil. Selin vurduğu zərərin miqdarı hesablanır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












