Şamaxıda sürüşmə: əsas yolda çatlar yaranıb

“Son günlər yağışların normadan artıq yağması nəticəsində Şamaxının Çuxuryurd kəndində yerləşən göldə suyun səviyyəsi qalxıb. Nəticədə həmin ərazidə sürüşmə baş verib, rayonun Dədəgünəş kəndinə gedən yolun bir hissəsi bağlanıb”.
Avtosfer.az xəbər verir ki, bunu apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, Dədəgünəş kəndi sürüşməyə meylli ərazidir.
Ə.Qaralov qeyd edib ki, Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunun 4-cü və 5-ci km-də torpaq sürüşməsi baş verib, nəticədə asfalt qatın üzərində çatlar yaranıb: “Bundan əlavə, rayonun Cabanı kəndinin mərkəzində 30 metr enində, 2 metr dərinliyində, 80 metr uzunluğunda torpaq sürüşməsi baş verib. Gündəlik sürüşmə ərazisinin artması, ətrafda yerləşən fərdi yaşayış evlərində çatların əmələ gəlməsi müşahidə olunur. Sürüşmə aktiv mərhələdədir”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












