Şamaxıda təhlükə: 3 kəndlə əlaqə kəsilə bilər - VİDEO

Qızmeydan yolunda baş verən torpaq uçqunu səngimək bilmir. Sürüşmə nəticəsində yolun 5 nöqtəsində irimiqyaslı uçqunlar qeydə alnıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, yolun 4, 6 və 10-cu kilometrliyində baş verən uçqun nəticəsində bir hərəkət zolağında asfalt örtüyü tamamilə çöküb. Ən təhükəli ərazi isə 7-ci kilometrlik hesab olunur. Əraziyə yağan qar təkrar uçqunlara səbəb olub. Bundan əlavə şaxtalı hava yolda buzlaşmaya səbəb olduğundan təhlükəli vəziyyət daha da artıb. Sərt döngələrdə baş verən sürüşmə avtomobilərin hərəkətinə ciddi şəkildə mane olur. ETSN rəsmisi isə ərazidə bu cür fəsadların baş verməsinin səbəbini , yol çəkilərkən, ərazidə mühəndisi-geoloji tədqiqatların aparılmaması ilə izah edir. Sürüşməyə səbəb olan amillər, süxurların fiziki xüsusiyyətləri nəzərə alınmaqla yol çəkilməlidir əks halda nəticə bu cür olur. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə həmin yolun bir neçə dəfə təmir edildiyini vurğulayıb. Xatirladaq ki, Qızmeydan-Şamaxı avtomobil yolu 4 kəndi şəhər mərkəzi ilə birləşdirən yeganə yoldur. Son məlumatlara görə uçqunların miqyası günü-gündən çoxalır, sürüşmə hər gün artır və yol getdikcə daralır. Ekspertlər xəbərdalıq edir ki, yolun tamamilə dağılma təhlükəsi var.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










