Şamaxıdakı magistral yolda sürüşmə sabitləşməyib

“Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımının girişində, Şamaxının Şərədil kəndi ərazisindəki yol tökmə torpaqdır. Atmosfer yağıntılarının təsirindən torpaq doyub, sürüşmə baş verib və yol çöküb”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, sürüşmə hələ tam sabitləşməyib. Ə. Qaralov qeyd edib ki, hazırda yola ağır tonnajlı avtomobillər buraxılmır: “Aidiyyəti qurumlar tərəfindən ərazidə iş aparılır. Yenidən torpaq tökülüb, ərazidə bərkitmə işləri aparılmalıdır. Ümumiyyətlə, Muğanlı, Muğanlı-İsmayıllı avtomobil yolu, Şərədil kəndi sürüşməyə meylli ərazilərdir. Orada daima sürüşmə baş verir”.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımına yaxın ərazisində, Şamaxının Şərədil kəndi ərazisindən keçən hissəsində torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi zamanı yolun bir hərəkət zolağı tamamilə dağılaraq yararsız hala düşüb. Yolun digər hərəkət zolağında da böyük çatlar və çöküntü əmələ gəldiyi üçün nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşib.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












