Samur çayı üzərində körpünün tikintisi ilə bağlı protokol imzalanıb

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi məqsədilə iki ölkə arasında protokolun imzalanma mərasimi keçirilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, protokolu Azərbaycan tərəfdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiya tərəfdən isə nəqliyyat naziri Maksim Sokolov imzalayıblar. Bu gün həmçinin körpünün təməlqoyma mərasimi keçiriləcək. Qeyd edək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabr ayının 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək. Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur. Körpü üç zolaqlı olacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












