Samur çayı üzərindən körpünün tikintisinə sabah start veriləcək

Oktyabrın 18-də Rusiya-Azərbaycan sərhədindən keçən Samur çayının üzərindəki körpünün tikintisinə start veriləcək. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Nəqliyyat Agentliyinin yaydığı məlumatda deyilir. Təməlqoyma mərasimi Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən "Yaraq-Qazmalar" buraxılış məntəqəsinin ərazisində baş tutacaq. Tədbirdə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev və Azərbaycan rəsmiləri iştirak edəcəklər.
Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabr ayının 13-də imzalanıb.
Yeni körpü 1957-ci ildə inşa olunmuş tikilini əvəzləyəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












