Samuxda hadisə yerinə gedən təcili yardım əməkdaşlarına hücum edildi - FOTO

Samuxda ağır yol nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunlar Samux rayon sakini, 32 yaşlı Tural Ənnağı oğlu Məmmədov, onun həmyerlisi və həmyaşıdı Ruslan Xaliq oğlu Nəsibovdur. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən ağır yaralanan Zaur Zirəddin oğlu Məmmədovdur. Diqər yaralı, "QAZel" markal sərnişin mikroavtobusun sürücüsü Samux rayon Sərkər kənd sakini, 38 yaşlı Müslüm İsmayıl oğlu İsmayılov yaxınları tərəfindən Gəncədəki özəl xəstəxanaların birinə aparılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində başqa yaralananlarda olub.
***00:14
Samux rayonunda baş vermiş ağır avtomobil qəzası yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarına hüçum edilib. Samux rayon Sərkar kənd ərazisində baş vermiş ağır avtomobil qəzası yerinə çağrılan təcili tibbi yardım əməkdaşları hadisə nəticəsində ölən və yaralananların yaxınları tərəfindən təzyiqə məruz qalıblar. Təxminən 10-a yaxın insan Səhiyyə Nazirliyinə məxsus 90-JM-955 dövlət nömrə nişanlı "Mercedes" markalı təcili tibbi yardım maşınının arxa qapı şüşələrini sındırılıb, daha sonra avtomobili aşırmağa cəhd ediblər. Hadisə yerinə gedən tibb işçiləri, həkim, Aygün Qəhramanova, tibb bacısı, İnarə Binnətova və sürücü Tahir Süleymanov xəstə yaxınlarının təzyiqinə məruz qalıblar. Sürücünün əlinin kəsildiyi bildirilir. Qadın tibb işçiləri isə yaxınlıqdan keçən vətəndaşlar tərəfindən ərazidən uzaqlaşdırılıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qeyd edə ki, axşam saatlarında "VAZ-21010" markalı avtomobil "QAZel" markalı sərnişin mikroavtobusla toqquşması nəticəsində 2 nəfər xəstəxanaya aparılan zaman ölüb, daha iki nəfər isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda polis əməkdaşları tərəfindən hadisə zamanı ölən və yaralananların adları və qəzanın səbəbləri araşdırılır.
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməyinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO












