Samuxda maşın sel sularının altında qaldı - ANBAAN VİDEO

Son günlər yağan güclü yağışlar səbəbindən bir çox çaylarda suyun səviyyəsi artıb, çaylardan sel keçib.
Avtosfer.az-ın məlumatına görə, Daşkəsən şəhərində və kəndlərində yağış suları ərazilərə, əkin sahələrinə dolub, təsərrüfata zərər dəyib.
Bayan və Quşçu kəndlərində sel kənd yoluna ziyan vurub, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində nəqliyyatın hərəkəti leysan səbəbindən qismən çətinləşib.
Gədəbəy rayonunda da sel fəsadlar törədib, təsərrüfata, biçənəklərə zərər vurub. Kənd yolları sel səbəbindən bir müddət keçilməz olub.
Samux rayonun bəzi kəndlərində olan dərələrdən sel keçib. Bir vətəndaşa məxsus “VAZ” markalı avtomobil sel sularının əhatəsində qalıb.
Şəmkir, Göygöl və Tovuz rayonlarının ucqar kəndlərində də anoloji hal yaşanıb, əkin sahələrinə, şəxsi təsərrüfatlara zərər dəyib.
Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq rayonlarda leysan yağır. Daşkəsən-Gəncə və Şəmkir-Gədəbəy avtomobil yollarında qatı duman müşahidə olunur.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










