Sankt-Peterburq metrosundakı terrorla bağlı 8 nəfər saxlanılıb

Sankt-Peterburq metrosunda terror aktı ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri zamanı 8 nəfər saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib. O bildirib ki, əməliyyat-axtarış tədbirləri və araşdırmalar nəticəsində 6-sı Sankt-Peterburq, 2-si isə Moskvada olmaqla, 8 nəfər saxlanılıb. Onların hamısı Mərkəzi Asiya mənşəlidir. Axtarışlar zamanı əməliyyatçılar çoxlu sayda silah və təhlükəli vasitələr aşkarlayıb. Hazırda terror aktının təşkilatçısı axtarılır. Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburqun “Sennaya ploşşady” və “Texnoloqiçeskiy institut-2” metro stansiyaları arasında partlayış baş verib. Nəticədə 14 nəfər ölüb. İstintaqın qənaətinə görə, terror aktını Qırğızıstan əsilli Akbarjon Cəlilov törədib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












