“Şapekoense” klubunun futbolçularını aparan təyyarə təcili eniş edib

Braziliyanın “Şapekoense” futbol klubunun üzvlərinin də yer aldığı təyyarə təcili eniş edib. Avtosfer.az-ın “Report”a istiandən verdiyi məlumata görə, hadisə mayın 18-də Braziliya təmsilçisi Argentinadan geri dönərkən baş verib. Libertadores Kubokunun V turu çərçivəsində “Lanus” üzərində 2:1 hesablı qələbədən sonra vətənə qayından futbolçuların yer aldığı təyyarəni Şapeko hava limanı qəbul edə bilməyib. Nəticədə hava gəmisi Portu-Aleqriyə təcili eniş etmək məcburiyyətində qalıb. Təhlükəsizlik tədbirləri ilə əlaqədar “Şapekoense” üzvləri oradan təmil olunduqları şəhərə avtobusla yola düşüblər. Qeyd edək ki, 2016-cı il noyabrın 29-da Cənubi Amerika Kubokunun final görüşü üçün səfərə yollanan “Şapekoense” klubu üzvlərinin də göyərtəsində olduğu təyyarə Kolumbiyanın Medelyin şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib. Həyatını itirənlərdən Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər. Qəza zamanı ümumilikdə 77 nəfərdən cəmi 6-sı sağ qalıb. Onlardan 3-ü futbolçu olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












