Saray körpüsü sabah açılır: Sürücülər narazıdır - VİDEO

Sumqayıtla Abşeronu birləşdirən Saray körpüsü sabah sürücülərin istifadəsinə veriləcək. Bu barədə Avtosfer.az-a Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, üç aşırımdan ibarət olan yeni körpünün uzunluğu 104 metr, ümumi eni isə 21,6 metr təşkil edir.
Körpüdə tikinti işləri tam yekunlaşıb. Dörd hərəkət zolaqlı olmaqla inşa edilən körpünün hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub. Yol asvaltlanıb, xəttlər çəkilib.
Sabah saat 11:00-dan sürücülər Saray körpüsündən tam istifadə edə biləcək.
***
Abşeronla Sumqayıtı birləşdirən Saray körpüsündə tikinti işləri yekunlaşmaq üzrədir.
Avtosfer.az-ın məlumatına görə, dörd hərəkət zolaqlı olmaqla inşa edilən körpünün hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub.
Yol asfaltlanıb, xətlər çəkilib, amma avtomobil yolu körpüyə uyğunlaşdırılmayıb. Məhz bu səbəbdən həmin ərazidə tıxac və qəzalar qaçılmaz olacaq.
Sakinlərin sözlərinə görə, bütün bunlara səbəb Saray istiqamətində yolun üzərində iaşə obyektlərinin olmasıdır.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, körpüdə tikinti işləri layihəyə tam uyğun aparılıb. Ancaq yolun genişləndirilməsi onların səlahiyyətində deyil.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, körpü istifadəyə verildikdən sonra yolda genişləndirmə işləri aparılacaq, piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq.
“Bununla bağlı qərara alınıb ki, yaxın günlərdə Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlanılsın”, - deyə icra hakimiyyətindən bildirilib.
Ətraflı videomaterialda.
Dollar zəifləyir - Bəs manatı nələr gözləyir? - VACİB PROQNOZ
Bakının 20 küçəsində tıxac var - SİYAHI
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi
Maneələrə baxmayaraq, ABŞ Qrenlandiyaya sahib olmağı bacaracaq- SİYASİ ŞƏRHÇİ
Çin maşınlarının ehtiyat hissəsi kimi satışa çıxarılması adiləşir - VİDEO
Müştərinin aptekdən aldığı dərmana görə “Leobank” keşbek verməkdən imtina edir – ŞİKAYƏT - FOTO
Nağd parklanma ödənişləri qanunsuzdur - Nazir müavini
Nərimanovda bu küçə də piyadalaşdırılacaq - RƏSMİ AÇIQLAMA
Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA
Əli Əsədov vacib məsələ ilə bağlı nazirləri topladı – Tapşırıqlar verdi - FOTOLAR
Paytaxtın 23 küçəsində tıxac var - SİYAHI











