Banner

Saray körpüsündə “butulka effekti” yaradan obyektlər sökülür - VİDEO

Gündəm 21 Avqust 2025 16:00 Oxunub 1304
Saray körpüsündə “butulka effekti” yaradan obyektlər sökülür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir müddət əvvəl Saray qəsəbəsi ilə Sumqayıt şəhərini birləşdirən körpüdə təmirin bitməsi və istismara verilməsi ilə bağlı xəbər dərc etmişdik. Lakin körpü sumqayıt şəhərinə doğru irəliləyərəkən daralır və “butulka effekti” yaranırdı. Bu isə ərazidə yaşayan sakinlərin, sürücülərin haqlı narazılığına səbəb olmuşdu.

Avtosfer.az xəbər verir ki, artıq Saray körpüsündə “butulka effekti”nin aradan qaldırılması məqsədilə təmir işlərinə başlanılıb. Körpünün kanaal doğru olan hissəsində artıq təmir işlərinin bir hissəsi görülüb. Körpüdə vətəndaşların narazılığına səbəb olan problemin aradan qaldırılması məqsədilə maneə yaradan obyektlərin sökülməsi işləri davam etdirilir.

Körpüdən görüntüləri izləyicilərimizdən biri sosial şəbəkə hesabımıza göndərib. Həmin videonu sizə təqdim edirik:

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh