Sarqsyanın təyyarəsini partlatmaq istəyən şəxs azadlığa buraxılıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, prezident Serj Sarqsyanın təyyarəsini partlatmağı planlaşdıran cinayətkar qrupun üzvlərindən biri olan Aqasi Martirosyan bazar ertəsi azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə "news.am" saytına vəkil Liana Balyan məlumat verib. "MTX-nin istintaq orqanı Martirosyanın həbs müddətinin uzadılmasını məqsədəuyğun hesab etmədi", - deyə o bildirib. Martirosyan cinayətkar qrup ilə əməkdaşlıqda ittiham olunurdu.
MTX 25 noyabr 2015-ci il tarixində İrəvanda 1997-ci ildən İspaniyada yaşayan və 2015-ci ilin aprelindən müvəqqəti olaraq paytaxta yerləşmiş Ermənistan vətəndaşı Artur Vardanyanın başçılıq etdiyi silahlı qruplaşmanın saxlandığını məlumat verib.
Qurumun məlumatına görə, qrup noyabrın 29-da BMT-nin İqlim sammitində iştirak etmək üçün Fransaya uçmalı olan prezident Serj Sarqsyanın təyyarəsini partlatmağı planlaşdırıbmış.
İş üzrə 30-dan çox şəxs həbs olunub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












