"Satılmayan məhsulları "Qara cümə" adı ilə satırlar" - Azərbaycanda "Black friday" endirimləri nə qədər doğrudur? - VİDEO

"Qara cümə" ("Black friday") Amerika Birləşmiş Ştatlarında noyabr ayının sonuncu cümə günü, Şükran Günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Həmin gün bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir. Məşhur şirkətlər öz məhsullarını 80%-ə qədər güzəştlərlə satırlar.
Azərbaycanda isə "Qara cümə" ərəfəsində ya endirimlər az olur, ya da endirim varmış kimi qələmə verilir. Vətəndaşlar daha çox köhnə, çoxdan qalan malların endirimə çıxarılmasından narazıdırlar.
Buna baxmayaraq, endirim dövrü ilə bağlı müsbət fikirlər də var. Sakinlərdən biri bildirib:
"Belə deyək, yararlı endirimlər də olur. Məsələn, lazımlı məhsullara da güzəştlər tətbiq edilir, ona görə də müştəri axını çoxdur".
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli öz fikirlərini bölüşüb. O, istehlakçıların aldadılmaması üçün sahibkarları rəqabət qaydalarına riayət etməyə çağırıb:
"Burada əsas məqam ondan ibarətdir ki, "Qara cümə" zamanı vətəndaşların aldadılması prosesi olmasın, sahibkarlar Rəqabət Məcəlləsindəki tələblərə uyğun olaraq, yalan mesajlar verməsinlər".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər - Bu qədər cərimələnəcək
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO










