Satmağa gətirdiyi avtomobil yandı - Şəki-Oğuz avtomobil yolunda

Şəkidə minik avtomobili yanıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu gün saat 05:20 radələrində Şəki şəhər sakini Orxan Yunus oğlu İdrisov idarə etdiyi “BMW” markalı “99 HD 126” dövlət nömrə nişanlı avtomobillə Şəki-Oğuz avtomobil yolunun 15-ci kilometrliyində hərəkətdə olarkən maşın anidən yanmağa başlayıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.
FHN-nin Şəki rayon DYMH-dən verilən məlumata görə, O. İdrisov idarə etdiyi avtomobilini satmaq məqsədi ilə Bakıya gedirmiş.
Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












