Savalan yaşayış massivində yol problemi illərdir davam edir - Şikayətlər cavabsız qalıb - VİDEO

Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin sakinləri yol problemindən uzun müddətdir əziyyət çəkir.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz görüntü sosial şəbəkədə geniş yayılıb. Görüntüdən də aydın olduğu kimi, yaşayış sahəsinin yolu tamamilə sıradan çıxıb. Vətəndaşların sözlərinə görə, xüsusilə yağışlı hava şəraitində yolla hərəkət etmək çətinləşir. Belə ki, yağış suları yoldakı çuxurlara dolaraq kiçik gölməçələr yaradır. Digər tərəfdən qış aylarında tamamilə palçıq olan yoldan nəinki piyadalar, hətta sürücülər belə keçə bilmir. Sakinlər bildirir ki, yaşayış massivini salan “Veysəloğlu” şirkətinə dəfələrlə şikayət etsələr də müraciətləri cavabsız qalıb.
Üzərimizə düşən öhdəliyi yerinə yetirərək daha bir yaşayış sahəsindəki yol problemini işıqlandırdıq. İllərdir davam edən bu məsələnin qısa zamanda aidiyyəti qurum tərəfindən həll olunacağına ümid edirik.
Nərmin
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım











