Saxta 100 manatlıqlar müsadirə olunub

Dekabrın 1-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki stomatoloji mağazalardan birindən soyğunçuluq edilməsi ilə bağlı 1-ci Polis Bölməsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 28-də qəsəbədə fəaliyyət göstərən stomatoloji mağazaya gəlmiş naməlum şəxsin 1000 manat dəyərində stomatoloji ləvazimatlar alması, ödəniş etdiyi pulların saxta olduğundan şübhələnən satıcının ondan aldığı malları qaytarmasını tələb etməsi, lakin sonuncunun həmin ləvazimatlar olan bağlamanı onun əlindən alaraq qaçması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fərhad Əbdülimanov saxlanılaraq istintqa təhvil verilib.
Satıcı həmin şəxsin verdiyi saxta olduğu ehtimal edilən 10 ədəd 100 manatlıq əskinasları da istintaqa təqdim edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












