Saxta ekskursiya bələdçiləri peyda olub - DİQQƏT - VİDEO

Saxta ekskursiya bələdçiləri peyda olub. Onlar daha çox turistik yerlərdə turistlərlə birbaşa əlaqəyə girir və onlarla sövdələşmə aparırlar. Bunu Turizm Assosiasiyasının sədr müavini Müzəffər Ağakərimov bildirib. Onun sözlərinə görə, sertifikatı olan bələdçilər 1 saat üçün 15-20 manat əmək haqqı istəyirlərsə, sertifikatsız bələdçilər 5-7 manatla turistləri özlərinə cəlb edirlər. Ümumiyyətlə isə, bu tip bələdçilərin fəaliyyəti ciddi problemlərə səbəb ola bilər.
Müzəffər Ağakərimov bildirib ki, bələdçilər Bakı Ekskursiya Bürosu və Azərbaycan Turizm və Menecment İnstitutu tərəfindən təşkil olunan kurslarda hazırlanır. Onlar xüsusi imtahanlara cəlb olunurlar və daha sonra bələdçi kimi fəaliyyət göstərmələri üçün icazə verilir. Bələdçinin yetəri qədər savadı və məlumatı olmalıdır ki, gələn turistə ölkəmiz haqqında düzgün və dolğun məlumat çatdırsın. Yoxsa özbaşına fəaliyyət göstərmək ölkə prestijinə zərər verə bilər.
Müzəffər Ağakərimovun sözlərinə görə, belə bələdçilərlə mübarizə aparmaq üçün bəzi detallara fikir vermək lazımdır.
Hazırda ölkəmizdə sertifikatı olan 150-dən çox turizm rəhbəri, yəni bələdçi fəaliyyət göstərir.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












