Saxta pullarla insanları aldatma halları artır - VİDEO

Son dövrlər etibarsız pullarla insanları aldatma halları artır. Bununla bağlı vətəndaş müraciətləri daxil olur. Növbəti belə bir hal Oğuzda baş verib. Xeyriyyəçilik adı ilə insanlara saxta 100 manatlıqlar paylayan şəxs, onlardan qalıq məbləğ kimi 50 manatlıqları yığaraq aradan çıxıb.
Ekspertlər isə deyirlər ki, son vaxtlar bu cür saxta pullarla insanları aldadanların sayı artıb.
Vəkil Anar Ramazanov deyir ki, bu əməl cinayət hesab edilir və cəzası da yalnız azadlıqdan məhrumetmədir.
Ekspertin sözlərinə görə, əgər bu məbləğ 50 min manatdan 200 min manata qədər olarsa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 10 ilə qədər, təkrar baş verdiyi halda isə həmin şəxs 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Vəkil tövsiyə edir ki, pul əskinasını qəbul edərkən daha diqqətli olmaq lazımdır.
Saxta pul ilə aldadılan şəxslər isə hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.
Daha ətraflı videomaterialda.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










