Banner

Sayca 6-cı yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır - FOTO

Gündəm 26 Dekabr 2016 11:50 Oxunub 1211
Sayca 6-cı yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni yoldəyişənlərin alt quruluş hissələri dəmir-betondan yığılır

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda cari ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Avtosfer.az-a verdiyi məlumata görə, yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydancada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır.

Qeyd edək ki, ilk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb. İndi sayca  6-cı  yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır. Prosesi 5 saylı İxtisaslaşdırılmış "Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. Köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin  az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxmından  dəyişmələrə səbəb olacaq. 

Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstan Respublikasından gətirilir.

Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üşün Rusiya Federasiyasından yeni quruluşlu platforma vaqonlar,  həmçinin qurğunun qoyulması və sökülməsində istifadə edilən UKS tipli yeni kran alınıb.  5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin direktor müavini Şəmsəddin Talıbov bildirdi ki, bu gün Heybət stansiyasında quraşdırılan yoldəyişən məhz həmin kranın vasitəsilə həyata keçirilir. Azərbaycan dəmir yolunda UKS tipli kran ilk dəfə istismar olunur. 

Yaxın bir il ərzində dəmir yolunun müxtəlif mənzillərində 100 ədəd belə yoldəyişənin quraşdırılması nəzərdə tutulur. 

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh