Saytları sındıran xaker tutuldu – FOTO

Respublikanın daxili işlər orqanları kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində daha bir əməliyyat keçirib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 30-a yaxın vətəndaşın bank kartlarından xüsusi kiberproqramlar vasitəsilə külli miqdarda pul vəsaitlərini ode.az, hesab.az, apus.com, e-pul.az, gpen.com və sair ödəniş saytları vasitəsilə qanunsuz çıxaran Göygöl rayon sakini İbrahim Məmmədzadə tutulub.
Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək bildirib ki, informasiya texnologiyaları sahəsində olan xüsusi biliklərindən istifadə edərək internet vasitəsilə onlayn bank əməliyyatları aparan vətəndaşların ödəmə sistemindəki kart göstəricilərinin məlumat bazalarına qanunsuz daxil olaraq onların rekvizitlərini əldə edib.
Daha sonra İ.Məmmədzadə həmin şəxslərin hesablarında olan pulları qeyd olunan onlayn ödəniş saytları vasitəsilə bu məqsəd üçün yaratdığı hesablara köçürərək nağdılaşdırıb. İ.Məmmədzadənin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.\
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










