"Sədərək" rəhbərliyi: "Yanğından zərər çəkmiş sahibkarlara kompensasiya ödəniləcək" - FOTO

Bu gün Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kompensasiya ödəniləcək. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Sədərək Ticarət Mərkəzinin rəhbərliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, hadisə nəticəsində iki mağaza tam, bir mağaza isə qismən yanıb.
Qeyd edək ki, sentyabrın 24-də Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində pərdə-tül mağazasında yanğın baş verib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir. Yanğının baş vermə səbəbləri araşdırılır. İlkin məlumata görə, bir sahibkara təqribən 7 000 manat ziyan dəyib.
Eyni zamanda yanğın zamanı iki nəfər zərər çəkib. Onlar "Təcili tibbi yardım" maşını ilə xəstəxanaya aparılıblar.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT


















