“Sədərək”dəki sahibkarlar nədən narazıdır? - VİDEO

Qafqaz regionundakı ən böyük ticarət mərkəzi olan “Sədərək”də Dövlət Reklam Agentliyi (ADRA) ilə sahibkarlar arasındakı narazılıq barədə məlumat vermişdik.
Avtosfer.az xəbər verir ki, ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim İctimai TV-yə bildirib ki, agentliyin atdığı addımlar qanunsuzdur: “Bura bizim qapalı ərazimizdir. Reklam agentliyinin işçiləri artıq neçənci dəfədir ki, heç bir xəbərdarlıq etmədən ağır texnikalarla gələrək söküntü aparmağa çalışırlar. Halbuki bura qapalı ərazidir və onların gəlib söküntü aparması qanunsuzdur. Reklam haqqında qanun da bunu deyir”.
Dövlət Reklam Agentliyindən isə bildirilib ki, qanunvericiliyə əsasən açıq məkanlardakı reklamlar mülkiyyət əsasında müəyyən edilmir və “Sədərək”dəki reklam lövhələri açıq məkanda yerləşdirilməklə yol kənarlarından, uzaq məsafələrdən açıq şəkildə görünür.
Qeyd edək ki, ticarət mərkəzində sahibkarlarla və ADRA əməkdaşları arasında baş vermiş insident zamanı bir neçə nəfər xəsarət alıb. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.
Daha ətraflı süjetdə:
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










