"Sədərək"dəki yanğının səbəbi bilindi: bəs ziyanı kim ödəyəcək?

"Sədərək" ticarət mərkəzində baş vermiş yanğın hadisəsinin səbəbi məlum olub. Avtosfer.az xəbər verir ki, Ticarət mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın hadisəsi mərkəzin 9-cu sırasındakı mağazalardan birində elektrik çaydanında baş vermiş qısaqapanma nəticəsində baş verib: "9-cu sırada ayaqqabı dükanında elektrik çaydanı içərisində su olmadığı halda elektrik cərəyanına qoşulub. Satıcı çaydana fikir verməyib və çaydan qızaraq qısaqapanma yaradıb, mağazada alışma baş verib. Mağazada olan sintetika malları alışandan sonra alovun qarşısını almaq mümkün olmayıb və yanğın güclənib".
Məlumata görə, hadisə nəticəsində 4 dükan yanıb.
Qeyd olunub ki, ticarət mərkəzinin rəhbərliyi yanğın baş verən ərazinin təmizlənməsi və təmirinə başlayıb: "Hazırda təmir işləri davam etdirilir. Yanğından ziyan çəkən sahibkarlarla ticarət mərkəzinin rəhbərliyi görüşüb və onlara dəymiş ziyanın ödənilməsinə söz verib. Ya mağazaları təmir etdirib dəymiş ziyanı ödəyəcəyik, ya da razılıq əsasında dəymiş ziyanın miqdarında mağazaların kirayəsinə görə güzəştlər olunacaq. Ümumilikdə 3 sahibkara 8 min manat ziyan dəydiyi müəyyənləşib".
Xatırladaq ki, sentyabrın 24-də Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 1200 m²olan 1 korpusun dam örtüyü 45 m², ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












