Səfir: "Şimal-Cənub” dəhlizi Hindistandan Azərbaycana ən qısa və ucuz marşrut olacaq"

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı həm Hindistan üçün, həm də Azərbaycan üçün ümumi prioritetdir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib. Onun sözlərinə görə, “Şimal-Cənub” dəhlizi iki region arasında birbaşa əlaqənin olmaması problemini həll edəcək: ““Şimal-Cənub” layihəsi Hindistan üçün Azərbaycana, Rusiyaya, Türkiyəyə və MDB ölkələrinə ən qısa və ucuz marşrut təqdim edəcək. Hindistan İranla birgə 2017-ci ilin noyabrında fəaliyyətə başlamış Çabahar limanının inkişafı məqsədilə birgə iş aparır. Azərbaycan öz növbəsində Bakı-Tbilisi-Qars dəmir yolunu işə saldı ki, bu da yük nəqli variantlarını artırır”. Səfir qeyd edib ki, bu hadisələr yaxın illərdə regionda ticarətə multiplikativ təsir göstərəcək: “Layihənin İran ərazisindəki sahəsi işə düşən kimi regionlar arasında yük dövriyyəsinin artımı gözləntilərdən daha yüksək olacaq”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












