Səfir: "Təbriz-Bakı-Tehran aviareysinin açılması inkişafa töhfə verəcək"

Bu gün İranın "ATA Airlines" şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilib. Avtosfer.az apa-ya istinadən məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlama verən İranın azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, reyslər "Airbus 320" təyyarələri ilə yerinə yetirilir. "Təyyarə əvvəlcə saat 12:15 radələrində Tehrandan Bakıya uçacaq, 13:30-da Bakıda eniş etdikdən təxminən 1,5 saat sonra Təbrizə qayıdacaq. Ardınca bir qədər fasilə edərək yenidən Bakıya qayıdıb Tehrana uçacaq", - deyə səfir bildirib.
Onun sözlərinə görə, aviareysə biletin qiyməti 180 manatdır.
Diplomat əlavə edib ki, reysin açılması iki ölkə arasında ticarət və turizmin inkişafına töhfə verəcək. Bundan başqa, səfir bildirib ki, aviaşirkət gələcəkdə Bakı-Məşhəd aviareysinin açılması üzərində işləyir: "Lisenziya artıq verilib. Ümid edirəm ki, ilin sonuna kimi bu reys də istifadəyə veriləcək".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












