Səfir: "Hindistan Azərbaycana birbaşa reyslərin açılmasında maraqlıdır"

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistanın Azərbaycandakı səfiri Sanjay Rananı qəbul edib. Avtosfer.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Hindistan səfiri ilə görüşdə Azərbaycan-Hindistan arasında mövcud əməkdaşlığın vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib. Səfir Sanjay Rana qeyd edib ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsində, bu məqsədlə iki ölkə arasında birbaşa reyslərin açılmasında maraqlıdır.
Ə.Qarayev Azərbaycanda Hindistan mədəniyyətinə ənənəvi xoş münasibətin olduğunu qeyd edərək bildirib ki, hər iki ölkənin xalqlarını tarixi əlaqələr bir-birinə bağlayır.
Sonda Ə.Qarayev S.Rananı 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












