Şəhərin mərkəzini zibilxanaya kim çevirib? - Qurumdan gülünc cavab - VİDEO
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında, Dilarə Əliyeva küçəsində səkiyə zibil konteynerləri yerləşdirilib.
Avtosfer.az-ın məlumatına görə, sakinlər deyirlər ki, bu həm antisanitariyaya, həm də səki ilə hərəkət edən piyadaların gediş-gəlişinə mane olur.
"Yalandan deyirlər ki, zibil qutularını aparacağıq. Amma hamısının içi tullantı ilə doludur", - deyə sakin narazılıq bildirib.
Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən məsələ ilə bağlı açıqlama verilib.
"Nəsimi rayonu ərazisində məişət tullantılarının müvəqqəti toplanması üçün yaradılmış konteyner meydançalarında mövcud konteynerlərin yeniləri ilə əvəzlənməsi prosesi aparılır. Hazırda bu işlər Dilarə Əliyeva küçəsində yerinə yetirilir. Həmin konteynerlərin səkiyə qoyulması müvəqqəti xarakter daşıyır və yaxın saatlarda onlar yeniləri ilə əvəz olunaraq ərazidən çıxarılacaq", - deyə qurumun məlumatında deyilir.
Daha ətraflı Baku TV-nin süjetində: