Şəhid ailələri və qazilərin adından istifadə edib “BakuBus”la bağlı şayiə yaydılar - VİDEO

“BakuBus” rəhbərliyinin şəhid ailələri və qazilər üçün nümunəvi addım göstərərək pulsuz nəqliyyat xidməti tətbiq edilməsi ilə bağlı şayələr yayılıb. Şayəni yayan “patriotnews.az” adlı “Tiktok” səhifəsidir.
Avtosfer.az xəbər verir ki, səhifənin yaydığı məlumatda şirkətin şəhid ailələri, onların birinci dərəcəli ailə üzvləri və qazilər üçün bütün respublika üzrə “BakuBus” marşrutlarında ödənişsiz gediş hüququ təqdim edildiyi qeyd edilib.
Bildirilib ki, guya şirkətin müvafiq qərarına əsasən, bu kateqoriyadan olan vətəndaşlar sadəcə olaraq müvafiq vəsiqələrini üzərlərində saxlamalı və avtobusa minərkən sürücüyə təqdim etməlidirlər. Bununla da onlar istənilən “BakuBus” xətti üzrə rahat və pulsuz hərəkət edə biləcəklər.
Məsələ ilə əlaqədar “BakuBus” MMC-yə müraciət etdik. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, yayılan məlumatlar əsassızdır.
Şəhid ailələri və qazilər bu ölkənin, əhalinin milli dəyəridir, onlarla bağlı güzəştlərin tətbiqi yalnız “Brutto” müqaviləsi bağlandıqdan sonra mümkün olması ilə bağlı Milli Məclisin deputatları tərəfindən dəfələrlə açıqlama verilib. Bununla yanaşı, pensiyaçılar və tələbələrlə bağlı da 50a%-ə qədər güzəştlərin, eləcə də ictimai nəqliyyatdan istifadə üçün aylıq və illik kartların tətbiqi də müzakirə olunan məsələlərdəndir.
Eltac Zülfüqaroğlu
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










