Şəhid ailələrinə şəhər nəqliyyatından pulsuz istifadə imtiyazı verilsin - TƏKLİF

Bu günlərdə sosial şəbəkələrdə maraqlı bir görüntü paylaşılmışdı. 88A saylı marşrutda yaşlı bir insan gediş haqqını ödəyə bilməyib. Sürücü onu düşürtmək istəyəndə digər sərnişinlər müdaxilə edib. Bəlli olub ki, imkansız sərnişin şəhid atasıdır.
İbrətamiz olaydır. Şəhid atası gediş haqqını ödəyə bilmir. Halbuki, milli dəyərlər bir yana qalsın, bu yöndə dövlətimizin təqdir ediləsi addımları da az olmayıb.
Məsələn, bir vaxtları müharibə veteranları, hərbçilər və hətta tələbələr şəhər nəqliyyatından pulsuz istifadə edirdi. Bu da aztəminatlı insanlar üçün böyük dəstək idi. Lakin, müəyyən səbəblərdən bu güzəştlər sonradan ləğv olundu.
Amma dövlətimizin mövcud iqtisadi durumu imkan verir ki, imtiyazlı şəxslərin şəhər nəqliyyatından güzəştli şərtlərlə istifadəsinə yenidən baxmlsın. Onsuz da şəhər nəqliyyatı dövlətdən dotasiya alır. Və bu güzəştlərin tətbiqi büdcəyə elə də böyük yük olmaz.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Millət vəkili Fazil Mustafa bildirib ki, şəhid ailələrinə şəhər nəqliyyatından pulsuz istifadə imtiyazının verilməsi yaxşı olardı: “Amma ailənin hansı üzvünün bu imtiyazdan yararlanacağı bir qədər mübahisəli məsələdir. Xatırlayırsınızsa şəhid ailəsinə verilən evlər bəzən gəlin-qaynana, oğul-ata arasında mübahisə predmetinə çevrilir. Ona görə də bunun optimal variantı tapılmalıdır ki, bundan sui-istifadə edilməsin. Məncə şəhid ailələrinə müəyyən ödəniş kartlarının verilməsi yaxşı olardı. Yəni pensiya və təqaüdlərin verilməsi kimi dövlət ayrıca bir kvota müəyyən edə bilər. Və şəhid ailəsi də bu kvotadan ay ərzində şəhər nəqliyyatında istifadə edər”.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










