Şəhid əsgərimiz torpağa tapşırıldı – FOTO

Düşmənin snayper atəşi nəticəsində şəhid olmuş Azərbaycan ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Vüsal Əmir oğlu Əliyev bu gün dəfn olunub.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu ilin yanvarında hərbi xidmətə çağırılmış şəhid əsgər doğulduğu Lerik rayonunun Noda kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.
Mərasimdə səslənən çıxışlarda şəhidin cəsurluğundan danışılıb, onun timsalında bütün şəhidlərin qəlblərdə, xalqın yaddaşında əbədi olaraq yaşayacağı bildirilib.
Şəhid Vüsal Əliyev yaylım atəşi altında torpağa tapşırılıb. Onun tabutunun büküldüyü Azərbaycan bayrağı yaxınlarına verilib.
Qeyd edək ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz-əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.



Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












