Reklam

Şəhid məktubu: Sənə övlad acısı yaşatdığım üçün məni bağışla ana... - VİDEO

Gündəm 27 Sentyabr 2024 12:07 Oxunub 318
Şəhid məktubu:  Sənə övlad acısı yaşatdığım üçün məni bağışla ana...  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sənə övlad ağrısı yaşatdığım üçün məni bağışla ana!

Bilirəm mənə görə çox ağlamısan, ana. Amma içində yanan odla ağı deyirsən, ana ürəyidir bu. Bilirəm ürəyində böyük bir köz yanacaq bundan sonra. Bayramların bayram olmayacaq mənsiz. Məzarımın başında keçirəcəksən bütün bayramlarını. Məzar daşımı təmizləyəcəksən göz yaşlarınla.

Düşmən tərəfindən işğal olunmasın bu torpaqlar deyə bunu etməliyəm, ana. Mən səni şəhidlərin arasında gözləyəcəyəm.

O böyük ürəyində od yandırdığım üçün məni bağışla, ata!

“Vətən sağ olsun” deyərkən səsin titrəyəcək bilirəm. Bayrağımıza baxarkən “Vətən sağ olsun” deyəcəksən təkrar-təkrar. Uşaqlıqda haqqında mənə izah etdiyin şəhidlərə səndən salam aparacağam, ata.

Məni bağışla təzə qönçə gülüm, həyat yoldaşım!

Səni gənc yaşında dul qoyduğum üçün. Mən şəhid oldum, sən şəhid yoldaşı. Dünya həyatında yoxluğumun ağrısını yaşayacaqsan bəlkə…

Tabutumun başında “Məni niyə tək qoyub getdin?” deyərək gözyaşlarını damlatdın üzərimə. Mən sənsiz burda rahatammı düşünürsən? Bəs sənin namusuna ləkə gətirəcək alçaqlar ölkəmi işğal etsəydi! Bax həmin an mən həqiqətən ölmüş olardım.

Sizi yetim qoyduğum üçün məni bağışlayın, övladlarım!

O, balaca əllərinizi tutub yanaqlarınızdan bir daha öpmək üçün nələr verməzdim. Sizdən heç doya bilmədim.

Sən məni öldü hesab etmə, oğlum. “Şəhidlərə ölü deməyin!” deyən Allah, bizə ölmədən əvvəl yerimizi göstərdi. Oranı görsən, səndə şəhid olmaq istəyərsən. Səni orada gözləyəcəm oğulum! İnşallah səndə şəhid olarsan!

Düşünməyin ki, sizi buraxıb getmək asand idi. Hamınız gözümün qarşısından keçdiniz. “Mən sizi necə buraxıb gedə bilərəm?” deyə düşünərkən, Hz. Peyğəmbəri (s), Əhli-Beyti (ə) gördüm, ana. Əllərini açıb məni gözləyirdi. Ruhumu təslim edərkən gedəcəyim yer göstərildi mənə. O nə gözəllik! Cənnətə uçduğumu anladım. Baxmayın siz cəsədimin qan, rəvan içində qaldığına. Heç ağrı hiss etmədim mən. Dünyada şəhidlərdən başqa heç kimin yaşaya bilməyəcəyi qədər rahat bir ölüm səfəri etdim.

Orxan Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh