Şəhid Şahin Allahyarovun anası: “Balam vətən uğrunda canından keçdi” - VİDEO

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə Quba sakini Şahin Allahyarov qəhrəmancasına şəhid olub.
Baku.TV şəhid Şahin Allahyarovun ailəsinin evində olub. Şəhidin atası Hüseynbala Allahyarov, anası Nərgiz Allahyarova, həyat yoldaşı Kəmalə Allahyarova ilə həmsöhbət olan əməkdaşlarımız ailəyə baş sağlığı veriblər.
Ş.Allahyarovun anası deyir ki, oğlu heç vaxt düşməndən qaçmayacağına and vermişdi:
“Balam, heç vaxt kürəyini düşmən tərəfə verməyəcəyini deyirdi. Güllə qabağından qaçmaram deyə-deyə qəhrəman balam vətən yolunda ürəyindən güllə yarası alaraq şəhid oldu”.
Atası deyir ki, son danışığında hər şey yaxşı olacaq deyirdi:
“Mənə dedi ki, az qalıb bayrağımızı daha bir torpağımıza sancacağıq. Yoldaşlarımla vuruşuruq. Mənə deyirdi ki, mən o vaxt dincələcəm ki, vətənimi düşməndən tam azad edəcəm. Arzuları çox idi oğlumun. Vətən sağ olsun”.
Şəhidin həyat yoldaşı Kəmalə Allahyarova sonuna qədər yoldaşının yanında olacağına illər əvvəl and verdiyi deyib:
“Bu günə qədər harada xidmət edibsə mən yanında olmuşam. Hərbçi ilə ailə quranda gözə almışdım ki, bir gün onu itirə bilərəm. Amma o heç vaxt bizə zərər gəlməsinə icazə vermədi. Həmişə deyirdi ki, sizə nəsə olsa mən dözə bilmərəm. Onu tanıyanlar bilir ki, qəlbi necə təmiz, mərhəmətli idi”.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










