Banner

Şəhidlər, qəhrəmanlar şəhəri - FOTO

Gündəm 26 Fevral 2018 23:16 Oxunub 1029
Şəhidlər, qəhrəmanlar şəhəri - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ermənilərin etdikləri bütün sivil dəyərlərə həyasızcasına meydan oxumaqdır

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." 

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

 

Nizami Rayon Polis İdarəsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirdə bu tarixi münasibəti və ittihamları xatırladan idarənin rəisi, polis polkovniki Ədalət Abbasov əlavə etdi ki, dünyada baş verən bütun müharibələr, kütləvi qırğınlar öz xarakteri, nəticələri ilə bəşəriyyətə həm maddi, həm də mənəvi zərbə vurub. Ermənistanın millətçi rejiminin Xocalıda törətdiyi qeyri-insani hərəkətlər isə bütün əxlaq, mənəviyyat normalarına ziddir. Körpələri, uşaqları, qadınları, qocaları, yaralı döyüşçüləri faşist üsulları ilə qətlə yetirmək, dinc, əliyalın insanları yalnız azərbaycanlı olduqları üçün işgəncələrə məruz qoymaq bütün sivil dəyərlərə həyasızcasına meydan oxumaqdır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni şovinistləri tərəfindən davamlı olaraq, etnik təmizləməyə, soyqırıma məruz qalmışdır. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan yüz minlərlə soydaşımız öz tarixi torpaqlarından qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr növbəti dəfə kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, Xocalı adlı bir şəhərin xəritədən silinməsi ilə tarixin qan yaddaşına yazılmışdır.

Hadisələrin canlı şahidi, “Xocalı Soyqrımı Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Nizami RPİ-nin Təşkilati inispektor qrupunun baş inispektoru Rəhman İsmayılov o qanlı gecədə baş verənləri, polis əməkdaşlarının şəhəri, dinc əhalini qorumaq, düşmənə daha çox itki vermək üçün göstərdikləri qəhrəmanlıqlar barədə xatirələrini danışmışlar.

Sonra hücum zamanı erməni faşistlərinə əsr düşmüş Dürdanə əsirllikdə onların başına açılan müsibətlərdən danışdı. 

Həmin vaxt Xocalı Telefon Qovşağında operator işləyən 20 yaşlı Dürdanə Ağayeva  qardaşıyla birlikdə əsr düşmüşdür. Onun danışdıqlarına ürək ağrısız qulaq asmaq mümkün deyildi. Dürdanə xanım gördüklərini və yaşadıqlarını qələmə alaraq “Erməni zindanında səkkiz gün” adlı kitabını Türkiyədə çap etdirmişdir. Sonra həmin kitab Heydər Əliyev Fondunun köməkliyi ilə rus dilinə tərcümə olunmuşdur.

Anım mərasiminə yekun buran polis polkovniki Ədalət Abbasov Azərbaycan dövlətinin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl siyasət həyata keçirdiyini qeyd etmiş, bunun nəticəsi olaraq, dünyanın onlarla parlamentinin, Xocalı qətiliamının soyqırım aktı kimi tanıdığını, 6 ölkədə şəhid şəhərin xatirəsinə 9 abidə ucaldıldığını diqqətə çatdırmışdır.

 

Çingiz Şıxverdiyev,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh