“Şəki dairəsi”ndə tikintinin yekunlaşacağı vaxt açıqlandı – VİDEO

Bir müddətdir Bakının Nərimanov rayonunda Y.V.Çəmənzəminli və Albert Aqarunov küçələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində (məşhur “Şəki” restoranın yerində) aparılan təmir işlərinin böyük hissəsi tamamlanıb. Avtosfer.az "Real TV"yə istinadən xəbər verir ki, hazırda ərazidə iri tunel qazılır. Layihə 2025-2030-cü illərin Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Həsən Əliyev və Müzəffər Nərimanov küçələri arasında uzunluğu 3,9 km olan yol əsaslı şəkildə qurulur. Bu küçə genişləndirilərək 6 zolaqlı yol salınır. Ümumi layihədəki 4 avtomobil tunelindən biri bu əraziyə düşür. Həmçinin layihəyə uyğun olaraq, ərazidə 3 böyük piyada keçidinin inşası nəzərdə tutulub. Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, artıq tunelin istinad divarları, üstünün beton örtüyü tamamlanmaq üzrədir. Sözügedən ərazidə işlər 65-70 faiz yekunlaşıb, ən geci bu ilin sonunadək tamamilə yekunlaşacaq.
Daha ətraflı süjetdə:
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA










