Səki niyə dağıdıldı? - Piyadalar avtomobil yolu ilə addımlamağa məcbur olublar - VİDEO

Paytaxtın Həzi Aslanov və Mirzə İbrahimov küçəsinin kəsişməsində səki dağıdılaraq binanın zirzəmi hissəsinə qapı qoyulub. Sözügedən yerdə obyektin tikiləcəyini iddia edən vətəndaşlar məcbur olub ya yolun qarşı tərəfinə keçirlər, ya da avtomobil yolu ilə addımlamalı olurlar.
Yasamal Rayon İcra Hakimiyyətindən mövcud problemlə bağlı açıqlama verilib.
"Mirzə İbrahimov küçəsi 13 saylı evin 228,5 kvadratmetr qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01.03.2020-ci tarixli çıxarışı ilə Aslanov İlqar Mikayıl oğlunun mülkiyyətinə verilib. Uzun müddət istifadəsiz olduğundan qeyri-yaşayış sahəsinə olan giriş bağlanıb. Sonralar sahibi tərəfindən təsdiq olunmuş layihə üzrə qapı açılaraq əvvəlki vəziyyətinə qaytarılıb", - məlumatda deyilir.
İcra hakimiyyətindən o da bildirilib ki, səki həmin mülkiyyətçi tərəfindən təmir olunmalıdır və ona bu barədə dəfələrlə xəbərdarlıq edilib.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










