Şəkidə avtomaşından ayı balası aşkarlandı

Şəki rayonunda ayı ovlayan 7 nəfər saxlanılıb. Avtosfer.az Ekologiya və Təbii Sərvətlər Nazirliyə istinadən xəbər verir ki, quruma qanunsuz ov edilməsi ilə bağlı siqnal daxil olub. Nazirliyin əməkdaşlarının keçirdiyi reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli bilinən "Ural" markalı "AQS 95-85" dövlət qeydiyyat nişanlı maşın saxlanılıb. Avtomobilə baxış zamanı bir baş ovlanmış ayı cəmdəyi və dərisi, həmçinin iki aylıq bir baş diri ayı balası aşkar edilib. İlkin araşdırmalar zamanı qanunsuz ov edən 7 nəfərin Şəki rayonu, Şin kənd sakinləri olduqları müəyyən edilib. Həmin ərazi sərhəd zonası oldu üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə araşdırma və sənədləşmə aparılır. Sənədləşmə başa çatdıqdan sonra təqsirli bilinən şəxslər barəsində qanunvericiliyə uyğun qaydada tədbir görüləcək. Avtomobildə aşkar edilən tüfənglər və ov qənimətləri maddi sübut kimi Şəki rayon Polis Şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reablitasiya Klinikasına təhvil veriləcək.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












