Şəkidə dayısının evindən oğurluq edənlər saxlanılıb - FOTO

Şəkidə dayısının evindən oğurluq edən şəxslər yaxalanıb. DİN-i mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Şəki rayonu Fazıl kənd sakini İlqar Məmmədov Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus evdən ümumi dəyəri 6000 manat dəyərində qızıl-zinət əşyaları,110 manat dəyərində bujuteriya və 600 ABŞ dollarının oğurlandığını bildirib.
Məlumatla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, iki xalaoğlu İlham Məmmədov və Məftun Mustafayev müəyyən olunaraq saxlanılıblar. Onların ətrafında keçirilən istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ev sahibi İ.Məmmədovun yaxın qohumları olduğu məlum olub.
Onlar ifadələrində ev sakinlərinin diqqətini yayındırmaq üçün əvvəlcə həyətyanı sahədəki tövləyə qəsdən od vurduqlarını və daha sonra yaranmış şəraitdən istifadə edərək oğurluq məqsədilə evə daxil olduqlarını bildiriblər.M.Mustafayevin etibarnamə ilə icarəyə götürdüyü avtomobilə baxış zamanı onun salonundan 2 ədəd idman papağından hazırlanmış maska ,eləcə də oğurlanmış qızıl-zinət əşyaları saxlanılan şəxslərin üzərindən maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslərin digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













