Şəkidə Kiş çayı üzərində uçan körpü yenidən tikilir – FOTO+VİDEO

Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpü bərpa edilir. Bu barədə Avtosfer.az-a "Azəravtoyol" ASC-dən bildirilib. Məlumata görə, yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, eni 11 metr, hərəkət hissəsi 8 metr olacaq. Burada hər bir tərəfdə hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmək məqəsədi ilə 1,5 metr enində piyada səkiləri də inşa ediləcək.
Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçiriləcək. Körpü orta dayaqsız, bir aşırımlı (81 m.) olacaq və onun çay yatağından hündürlüyü 7 metr təşkil edəcək. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq.
Bundan başqa, çayda su axınının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metrlik hissəsinin hündürlüyü artırılacaq, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunacaq.
Xatırladaq ki, bu ilin iyul ayında yağan leysan nəticəsində sel suları körpünü uçurub, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilib. “Azəravtoyol” dərhal əraziyə ağır texnika və canlı qüvvə cəlb edib, qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunub.
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
Bəzi yollarda tıxac yarandı - SİYAHI


















