Şəkidə polisə yalan məlumat verən şəxslər saxlanılıb - FOTO

Şəkidə dələduzluqla məşğul olan şəxslər saxlanılıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən verilən məlumata görə, Şəki rayon sakini Məhəmməd Şirinov Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin yaşadıqları evə basqın edərək bacısı Günəş Mikayılzadənin əllərini və ayaqlarını iplə bağlayaraq, onu öldürəcəyi barədə hədə-qorxu gəldiyini bildirib. Hadisə yerinə baxış keçirilərkən həqiqətən də Günəş Mikayılzadənin əllərinin və ayaqlarının bağlanıldığı aşkar edilib.
Araşdırmalar zamanı zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı rəfiqəsindən şübhələndiyini bildirib. İstintaq-əməliyyat tədbirləri nəticəsində Günəş Mikayılzadənin ağır cinayət hadisəsi törədilməsini səhnələşdirərək, bilə-bilə yalan ifadə verdiyi müəyyən edilib. Aparılan araşdırmalarla Günəş Mikayılzadənin tanışı Zabit Salmanovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, rəfiqəsindən qisas almaq məqsədilə əvvəlcədən qurulan plan üzrə Z. Salmanovun onun əllərini və ayaqlarını bağlayaraq yaşayış evini tərk etdiyi müəyyən edilib.
Bundan başqa, istintaq zamanı məlum olub ki, Günəş Mikayılzadə oktyabrın 15-də 1000 manatının və geyim əşyalarının həmin qadın tərəfindən oğurlanması barədə Polis Şöbəsinə müraciət edib, lakin fakt öz təsdiqini tapmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 296.2-ci (Bilə-bilə yalan xəbərçilik etmə) maddəsi üzrə araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













